İQTİSADİYYAT


Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə ilkin mərhələdə 4 dövlət müəssisəsi verilib – Sərəncam

Bakı, 6 noyabr, AZƏRTAC

Prezident İlham Əliyev noyabrın 6-da “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilkin mərhələdə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.