İQTİSADİYYAT


Azərbaycan İnvestisiya Şirkəti İsrailin “OurCrowd” şirkəti ilə strateji əməkdaşlıq sazişi imzalayıb

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və İsrailin “OurCrowd” şirkəti iki ölkə arasında texnologiya və biznes əlaqələrini genişləndirmək məqsədilə strateji əməkdaşlıq sazişi imzalayıblar.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dəyəri 15 milyon ABŞ dolları olan Saziş AİŞ-in “OurCrowd” şirkətinin startap investisiyalarına birbaşa çıxışına və Azərbaycanda startap şirkətlərinin inkişafına dəstək və mentorluğu təmin etməyə imkan yaradacaq. Sənəddə enerji, səhiyyə, kibertəhlükəsizlik, aqro, qida və təhsil texnologiyaları hədəf sektorları kimi nəzərdə tutulur. Tərəflər arasında 8 il müddətində həyata keçiriləcək əməkdaşlıq Azərbaycan iqtisadiyyatına və texnoloji inkişafa töhfə verəcək.

Məlumat üçün bildirək ki, 2013-cü ildə yaradılan “OurCrowd” şirkəti investorlara və təşkilatlara inkişaf etməkdə olan texnologiya şirkətlərinə sərmayə qoymağa imkan yaradan onlayn qlobal vençur investisiya platformasıdır.

“OurCrowd” şirkəti kapitalını 5 qitədə yerləşən 347 portfel şirkətinə və 39 fonda yatırıb. “OurCrowd” bütün sektorlar və mərhələlər üzrə şirkətləri təhlil edir, seçir və sərmayə qoyur. Şirkət 195 ölkədən olan 215 mindən çox qeydiyyatdan keçmiş üzvdən ibarət qlobal platformaya xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.