İQTİSADİYYAT


Azərbaycan İnvestisiya Şirkəti quru meyvələrin istehsalı zavoduna investisiya qoyacaq

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan İnvestisiya Şirkəti ilə “Balxurma" MMC arasında quru meyvələrin istehsalı zavoduna 4 milyon manat investisiya qoyulması barədə müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, investisiya nəticəsində zavodun illik istehsal gücünün 200 tondan 600 tona yüksəlməsi və 100-dək yeni iş yerinin açılması gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.