İQTİSADİYYAT


Azərbaycan İnvestisiya Şirkəti və “Balxurma” MMC investisiya müqaviləsi imzalayıb

Bakı, 11 avqust, AZƏRTAC

“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) ilə “Balxurma” MMC arasında investisiya müqaviləsi imzalanıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən, AİŞ tərəfindən “Balxurma” MMC-yə meyvə qurutma xətti üzrə istehsal həcminin artırılması üçün 4 milyon manat investisiya yatırılması planlaşdırılır. Bu investisiya qoyuluşundan sonra müəssisənin istehsal gücünün illik 200 tondan 600 tona yüksəlməsi gözlənilir. Ümumi dəyəri 16 milyon manat olan layihədə AİŞ-in payı 25 faiz təşkil edəcək ki, bunun əsasında orta hesabla, 100-dək yeni iş yerinin açılması nəzərdə tutulur.

Balakən rayonunda yerləşən, “Balkhoorma” brendi ilə tanınan Quru meyvələrin istehsalı zavodu 2016-cı ildən fəaliyyət göstərir. “Balxurma” MMC-yə məxsus zavod İtaliya, Koreya və Türkiyə istehsalı olan texniki avadanlıqlarla təchiz olunub. Müəssisənin nəzdində müasir standartlara cavab verən yuyulma, soyulma, soyutma və qablaşdırma kimi istehsal xətləri mövcuddur. İstehsal olunan məhsullar yerli bazarda satılmaqla yanaşı, “Made in Azerbaijan” brendi ilə Almaniya, Niderland, Litva, Belarus, Rusiya, Ukrayna, Malayziya, BƏƏ və Yaponiyaya ixrac olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.