SİYASƏT
Azərbaycan-İordaniya əməkdaşlığı müzakirə olunub VİDEO
Əmman, 29 dekabr, AZƏRTAC
Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovun bu ölkənin Antikorrupsiya Komissiyasının sədri Samih Bino ilə görüşündə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq, eyni zamanda, regiondakı mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin tarixindən danışan S.Bino dövlət başçılarının şəxsi dostluğunun bu əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını bildirib.
S.Ağabəyov Azərbaycan tərəfinin hər zaman əməkdaşlığa hazır olduğunu bildirib, ölkəmizin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə məlumat verib. Gələcəkdə müvafiq istiqamətdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğun olduğu diqqətə çatdırılıb.
Söhbət zamanı səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da danışıb, münaqişə nəticəsində ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu söyləyib. Diplomat uzun illər boyu qaçqın və məcburi köçkün probleminin ölkə iqtisadiyyatına vurduğu ziyandan da bəhs edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman