Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan-İordaniya siyasi əməkdaşlığı yüksək səviyyədədir

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Milli Məclisin Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə İordaniya Haşimilər Krallığı Senatının sabiq sədri Tahir əl-Masri, ölkənin siyasi xadimləri və tanınmış elm adamları arasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans formatında görüş keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin Azərbaycan-İordaniya parlamentlərarası işçi qrupunun rəhbəri Anar İsgəndərov ölkələrimizin tarixi keçmişindən söz açıb. Diplomatik əlaqələr qurduğumuz dövlət müstəqilliyi illərində münasibətlərin daim yüksələn xətlə inkişaf etdiyini söyləyib. 2013-cü il iyunun 19-da Xocalı soyqırımını rəsmən tanıyan Haşimilər Krallığının Senatına dərin minnətdarlığımızı bildirib. 44 gün ərzində öz torpaqlarını işğaldan azad edən Azərbaycanın İordaniya xalqı tərəfindən daim dəstək gördüyünü vurğulayıb. Bundan sonra da İordaniya ilə dostluq və əməkdaşlığı ən yüksək səviyyəyə çatdıracağımızı bildirib.

Videokonfransda çıxış edən Haşimilər Krallığı Senatının sabiq sədri, ölkənin sabiq Baş naziri və xarici işlər naziri kimi mühüm postlarda çalışmış olan tanınmış siyasətçi Tahir əl-Masri deyib: “Azərbaycanla İordaniya arasında siyasi əməkdaşlıq yüksək səviyyədədir. Dəfələrlə Bakıda olduğunu, beynəlxalq səviyyəli müxtəlif tədbirlərdə iştirak etdiyini bildirən Tahir əl-Masri vurğulayıb ki, Sovetlər İttifaqından ayrılan Azərbaycan sürətlə inkişaf edib və regionun nüfuzlu dövlətinə çevrilib. Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər bütün İslam aləmi üçün böyük əhəmiyyət daşıyır. Həmin Qələbədən sonra dünyanın bir çox ölkələrinin Azərbaycanla həmrəylik ifadə etdiyinə şahid olduq. Azərbaycan özünün ən ağrılı problemini həll edib, torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa edib. Bu, çox böyük uğurdur”.

Görüşdə Yaxın Şərq Araşdırmalar Mərkəzinin baş direktoru doktor Cavad əl-Həməd 44 günlük müharibə dövründə baş verənləri bütün informasiya mənbələrindən anbaan izlədiklərini, Azərbaycanın qazandığı tarixi Qələbəyə dünyadakı bir milyard yarım müsəlman icmasının sevindiyini deyib. O, çətin şəraitdə özünün ərazi bütövlüyünü bərpa edən Azərbaycana qardaş Türkiyənin verdiyi siyasi və mənəvi dəstəyi də yüksək qiymətləndirdiklərini bildirib. İordaniya ilə Azərbaycan arasında mədəni, iqtisadi və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsini vacib sayıb.

Görüşdə çıxış edən İordaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Məlahət İbrahimqızı, Fazil Mustafa və Ceyhun Məmmədov İslam həmrəyliyini inkişaf etdirməyin vacibliyini vurğulayıblar. Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində İslam dövlətlərinin də mühüm işlər görə biləcəyini qeyd edərək iordaniyalı həmkarlarına çağırış ediblər. Parlamentlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsinə dair bir sıra təkliflər irəli sürüblər.

Videokonfransda çıxış edən Yarmuk Universitetinin professoru və Arxeologiya fakültəsinin dekanı doktor Həni Həyəcineh, Əl-İsra Universitetinin Beynəlxalq əlaqələr üzrə rektor köməkçisi xanım Ğeyda Əbu Rummən, İordaniya Universitetinin professoru doktor Zeydun əş-Şəraa, Yarmuk Universiteti Siyasi elmlər fakültəsinin professoru doktor Əymən Həyəcineh, Azərbaycana həsr olunmuş iki kitabın müəllifi olan tarixçi Ömər əl-Armuti erməni təcavüzünü qətiyyətlə pisləyiblər. Xocalı soyqırımının insanlığa sığmayan vəhşilik olduğunu, günahkarların cəzalandırılması vacibliyini qeyd ediblər.

İordaniya təmsilçiləri ölkəmizin beynəlxalq miqyasda atdığı siyasi addımları dəstəklədiklərini bildiriblər. Ölkəmizlə çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulmasını arzuladıqlarını qeyd ediblər. Zəfər münasibətilə xalqımıza və dövlətimizə, müzəffər Ali Baş Komandan İlham Əliyevə təbriklərini çatdırıblar. Azərbaycanın möhtəşəm Qələbəsinin region üçün böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Videokonfransda Azərbaycanın İordaniyadakı səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov bəşəriyyətə qarşı işlənmiş ən qanlı cinayətlərdən olan Xocalı soyqırımı barədə geniş məlumat verib. Azərbaycanda bu istiqamətdə dövlət səviyyəsində görülən işlərdən, “Xocalıya ədalət!” kampaniyasından söhbət açıb. Xocalı soyqırımının İordaniya xalqına daha geniş səpkidə çatdırılması, müsəlman aləmində, həmçinin dünya miqyasında tanıdılması və ədalətli hüquqi-siyasi qiymətini alması üçün İordaniya ziyalılarını və siyasətçilərini dəstək verməyə çağırıb.

Görüşdə Muta Universitetinin Hərbi elmlər fakültəsinin professoru doktor Məhhəmd əl-Xəvaldeh, Balqa Universitetinin Siyasi elmlər fakültəsinin professoru doktor Nəbil əl-Atum və digər şəxslər iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub VİDEO

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb