İQTİSADİYYAT
Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanacaqdır
Bakı, 14 yanvar (AZƏRTAC). Yanvarın 15-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcəkdir.
BFB-dən AZƏRTAC-a bildirilmişdir ki, hərraca 3 milyon manat həcmində istiqraz çıxarılacaqdır. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcəkdir.
İstiqrazların ödənmə tarixi 2022-ci il noyabr 6-dır. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəkdir.
İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Respublikasının Mərkəzi Bankıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]