İQTİSADİYYAT


Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi keçirilmişdir

Bakı, 28 aprel (AZƏRTAC). Aprelin 28-də Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 40 milyon manat, faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.

Hərracda 4 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi dəfələrlə üstələyərək 51 milyon 174 min manat təşkil etmişdir.

Nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.