İDMAN


Azərbaycan-İran oyununda qalib müəyyənləşməyib

Bakı, 23 sentyabr, AZƏRTAC

Rusiyanın Həştərxan şəhərində təşkil olunan futzal üzrə “Caspian Cup 2019” turnirində Azərbaycan millisi ikinci oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, komandamız bu dəfə İran yığması ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Millimizin qolunu Amadeu vurub. Bir dəfə isə avtoqol qeydə alınıb.

Futzalçılarımız turnirdə sonuncu oyununu sentyabrın 25-də Qazaxıstan yığmasına qarşı keçirəcək. Millimiz ilk oyununda Rusiyaya 1:2 hesabı ilə məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.