İQTİSADİYYAT


Azərbaycan İranda inşa etdiyi infrastruktur vasitəsilə növbəti mərhələdə maye və dənli bitkilər daşıyacaq

Bakı, 9 iyun, Elvin Camalov, AZƏRTAC

Azərbaycan İranda inşa etdiyi infrastruktur vasitəsilə növbəti mərhələdə maye və dənli bitkilər daşıyacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iyunun 9-da Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitinin nəqliyyat və əlaqələndirmə mövzusuna həsr edilən birinci panel iclasında deyib.

O bildirib ki, Azərbaycan İranda dəmir yolu terminalı tikir. İlk mərhələdə buradan quru yüklər, növbəti mərhələdə isə maye və dənli bitkilər daşınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.