İQTİSADİYYAT


Azərbaycan İranla birlikdə alternativ və bərpa olunan enerji layihələri həyata keçirəcək

Bakı, 20 oktyabr, Nihat Budaqov, AZƏRTAC

Azərbaycan İranla birlikdə üç alternativ və bərpa olunan enerji layihəsi həyata keçirəcək. Bu layihələrə Xorasan istiqamətində külək elektrik stansiyalarının, Savalan dağının ətəklərində 100 meqavatlıq termal su elektrik stansiyasının qurulması və hər iki ölkənin enerji effektivliyinin təmin olunmasında qaz resurslarından birgə istifadə daxildir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov məlumat verib. A.Bədəlov bildirib ki, artıq bununla əlaqədar Dövlət Agentliyinin nümayəndələri İrana ezam olunublar. Hazırda danışıqlar aparılır və yaxın gələcəkdə layihələr hökumətə təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.