İQTİSADİYYAT


Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ölkələrindən ən çox Türkiyəyə məhsul göndərib

Bakı, 18 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri sırasında ilk üçlükdə Türkiyə, Tunis və İndoneziya qərarlaşıb. Türkiyəyə ixrac 1 milyard 938,2 milyon ABŞ dolları, Tunisə 377,5 milyon dollar, İndoneziyaya isə 87,2 milyon dollardır.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrünə nisbətən Türkiyə ilə ixracın dəyərində azalma, Tunis və İndoneziya ilə artım müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.