Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü Mixail Aqarunovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Əziz İlham Heydər oğlu.

Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Mən yaşlı insanam və ömrümdə heç vaxt Heydər Əliyev kimi təcrübəli və böyük siyasi xadim görməmişəm. Bu gün isə biz – bakılılar ölkəmizin dövlət idarəçiliyi nəzəriyyəsi və praktikası sahəsində heyrətamiz dərəcədə savadlı bir siyasətçi tərəfindən idarə edilməsinə başqalarının heyran olduqlarını eşidəndə qürur duyuruq. Sizin adınız dünyanın bir sıra ölkələrində hörmətlə çəkilir. Sizin vəzifənizdə göstərdiyiniz hünərlər çoxlarını heyran edir. Bütün bunlara görə Sizə təşəkkür edirik. Sizə təşəkkür edirik ki, doğma Azərbaycanın imicini çox yüksək səviyyəyə qaldırmısınız. Biz hamımız, xaricdə yaşayan həmvətənlərimiz, Sizdən nümunə götürərək müasir Azərbaycanın reallıqlarını təbliğ edirik. Həm Sizin atanızla, həm də şəxsən Sizinlə görüşlərim mənim yaddaşımda ömürlük həkk olunub. Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik arzu edirəm.

Hörmətlə,

 

Mixail Aqarunov

“Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin