SİYASƏT
Azərbaycan-İsrail əlaqələri müzakirə edilib
Bakı, 10 sentyabr (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 10-da ölkəmizdə səfərdə olan İsrailin müdafiə naziri Moşe Yaalonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətidən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə İsrail arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib və müxtəlif sahələr üzrə əlaqələrin inkişafı üçün əlverişli imkanların olduğu vurğulanıb.
Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə fikir mübadiləsi aparıblar.