SİYASƏT


Azərbaycan İstanbulda keçiriləcək Qlobal Parlament Konfransında geniş tərkibli heyətlə təmsil olunacaq

İstanbul, 19 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyətinin iştirakı, Türkiyə Böyük Millət Məclisi (TBMM) və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə iyunun 20-21-də İstanbulda Qlobal Parlament Konfransı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçiriləcək Qlobal Parlament Konfransı bütün dünyanı narahat edən ən aktual məsələlərin müzakirəsi üçün nəzərdə tutulub. Təşkilat komitəsinin məlumatına görə, konfrans 6 sessiyadan ibarətdir. Tədbir çərçivəsində miqrasiya və qaçqınlar üzrə sərgi açılacaq.

Sahibə Qafarovanın çıxışı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopun iştirakı ilə keçiriləcək konfransın birinci sessiyasında olacaq.

Konfransda Azərbaycanı təmsil edən parlament nümayəndə heyətinə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər daxildir.

Tədbirdə, həmçinin Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və ölkəmizin İstanbuldakı Baş konsulu Nərminə Mustafayevanın iştirakı nəzərdə tutulub.

 
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.