CƏMİYYƏT


Azərbaycan İsveçrənin Cənubi Qafqazda ən vacib ticarət tərəfdaşıdır

Bern, 7 fevral, AZƏRTAC

Azərbaycan İsveçrənin Cənubi Qafqazda ən vacib ticarət tərəfdaşıdır.

AZƏRTAC xəbər verir ki, bu fikir Frauenfeld şəhərində Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova ilə bu ölkənin Turqau kantonu hökumətinin prezidenti Kornelia Kompoş arasında keçirilən görüşdə səsləndirilib.

Yerli mətbuatda yer almış məqalədə qeyd edilib ki, keçirilən görüşdə İsveçrə və Azərbaycan arasında münasibətlərdən bəhs olunub, mümkün iqtisadi əlaqələr ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə səfirliyin əməkdaşları və Turqau kantonu hökumətinin rəsmiləri iştirak ediblər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.