İQTİSADİYYAT


Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın iclasına hazırlığa dair müzakirələr aparılıb

Bakı, 8 iyul, AZƏRTAC

Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın iclasına hazırlıq müzakirə edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Pərviz Şahbazov İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Quqlielmo Pikkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir iki ölkə münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyini və bu əlaqələrin yüksək səviyyəli qarşılıqlı səfərlərlə daha da möhkəmləndiyini bildirib. İtaliya şirkətlərinin Azərbaycanda çoxşaxəli fəaliyyətinə toxunan nazir onların investor kimi fəaliyyətlərini genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi prosesində iştirakları üçün imkanların olduğunu qeyd edib.

P.Şahbazov İtaliya ilə iqtisadi tərəfdaşlıqda enerji sektorunun vacib rolunu diqqətə çatdıraraq TAP layihəsinin İtaliya istehlakçıları üçün faydalarından danışıb.

Cənub Qaz Dəhlizinin hər iki ölkə üçün əhəmiyyət daşıdığını vurğulayan nazir müavini Q.Pikki TAP-ın enerji resurslarının şaxələndirilməsində rolunu yüksək qiymətləndirib və layihənin vaxtında başa çatması üçün mövcud dəstəyi diqqətə çatdırıb.

Görüşdə iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın cari ildə keçiriləcək 5-ci iclasına hazırlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.