SİYASƏT


Azərbaycan-Kanada əlaqələrinin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb

Bakı, 14 mart, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev martın 13-də Kanadanın sabiq xarici işlər naziri, Kanada Baş nazirinin Avropa İttifaqı və Avropa məsələləri üzrə xüsusi elçisi, Kanadanın Almaniya Federativ Respublikasındakı səfiri Stefan Dionun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, VII Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşdə Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirin beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaranma səbəbləri, nəticələri, regionun sabitliyi və inkişafına təsiri, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi ilə bağlı qonaqlara məlumat verilib. Həmçinin Kanada ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərindən bəhs olunub, iqtisadi, ticari, infrastruktur, nəqliyyat və digər sahələrdə əlaqələrimizin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

Görüşdə səfirliyin xüsusi məsləhətçisi xanım Jenna Renee Martinuzzi, siyasi və iqtisadi məsələlər üzrə müşaviri xanım Stephanie Duhaime və siyasi məsələlər üzrə baş məsləhətçisi xanım Ashley Lefler, eləcə də Kanadanın Azərbaycan və Türkiyədəki səfiri Kris Kuter iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.