MƏDƏNİYYƏT


Azərbaycan Kinoteatrında smartfonla çəkilən film nümayiş olunub

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da “Sinema Plus” kinoteatrında qazaxıstanlı rejissor Timur Bekmanbetovun smartfonla çəkdiyi qısametrajlı filmin ilk seriyasının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, “Gələcəyimiz tariximizdir” adlı filmin növbəti seriyaları “Facebook”, “Instagram” və “YouTube” platformalarında yerləşdiriləcək. Növbəti seriya mayın 28-də nümayiş olunacaq.

Bildirilib ki, layihə Azərbaycan, rus və ingilis dilində təqdim edilir. Film qısa olduğundan bütün fikirləri çatdırmaq çox çətin olub. Bu film Azərbaycan tarixinə 13 dəqiqəlik bir səyahətdir və Atropatenadan, Qafqaz Albaniyasından tutmuş Azərbaycanın müasir dövrünə qədər keçdiyi bir yolu əks etdirir.

Film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.