İDMAN


Azərbaycan-Kipr oyununda qalib müəyyənləşməyib

Bakı, 13 oktyabr, AZƏRTAC

Futbol üzrə UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümü çərçivəsində keçirilən Azərbaycan-Kipr oyunu başa çatıb.

AZƏRTAC xəbər verir ki, Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda baş tutan oyunda hesab açılmayıb.

Bunadək qrupda keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, 2 dəfə məğlub olan yığmamız 3 xalla üçüncü pillədə qərarlaşıb. Kiprlilərin isə xalı yoxdur. Azərbaycan millisi yeganə qələbəsini ikinci turda səfərdə Kipr üzərində əldə edib - 1:0.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.