CƏMİYYƏT


Azərbaycan Könüllüləri “Nizami kuboku” uğrunda yarışıblar

Bakı, 29 aprel, AZƏRTAC

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) tərəfdaşlığı ilə Nizami irsinin gənclər tərəfindən daha yaxşı mənimsənilməsi, eyni zamanda, Nizami yaradıcılığının təbliğində gənclərin rolunu artırmaqla onların asudə vaxtlarının əyləncəli və səmərəli təşkil edilməsi və intellektual fəaliyyətə cəlb olunması məqsədilə “Nizami Gəncəvi İli”nə həsr olunan “Xəmsə” Milli intellektual oyunu keçirilib.

AKTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihənin birinci mərhələsi 20 “ASAN xidmət” mərkəzinin könüllüləri arasında yarışlarla başlayıb. Nəticələrə uyğun olaraq "Nizami Kuboku" uğrunda mübarizənin 1-ci mərhələsinin finalında Balakən regional “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət olan komanda qalib elan edilib və yarışın 2-ci mərhələsində “ASAN Könüllüləri” Təşkilatını təmsil etmək hüququ qazanıb.

İkinci mərhələ Şamaxı regional "ASAN xidmət" mərkəzində, müxtəlif könüllü təşkilatlarını təmsil edən Azərbaycan könüllülərindən ibarət 12 komanda arasında həyata keçirilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən oyunun qalibi Balakən regional “ASAN xidmət” mərkəzinin könüllüləri olub. “ASAN Union” və “Könüllü Dost” komandalarının təmsilçiləri isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər.

Yarışdan sonra keçirilən mükafatlandırma mərasimində qalib komandalara kubok, medal və dəyərli hədiyyələr təqdim olunub.

Operativ Qərargahın tələblərinə uyğun çərçivədə keçirilən səfərin sonunda könüllülərin Kələxana türbələri və Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyası təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.