CƏMİYYƏT


Azərbaycan Könüllüləri Vətən müharibəsində yaralanan qazilərlə görüşüblər

Bakı, 28 iyun, AZƏRTAC

Silahlı Qüvvələr Günü ilə əlaqədar Azərbaycan Könüllüləri (Gənc Könüllülər) Vətən müharibəsində yaralanan qazilərlə görüşüblər.

AZƏRTAC Azərbaycan Könüllü Təşkilatları İttifaqının saytına istinadla xəbər verir ki, Vətən müharibəsi qaziləri N saylı hərbi hissənin xüsusi əməliyyat taborunun taqım komandiri müavini, gizir Xankişi Yusifov və Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-istehkamçısı, çavuş Xalid Şəkiyev çıxış edərək Vətən müharibəsində hərbçilərimizin göstərdiyi şücaətdən, 44 günlük hərbi əməliyyatların gedişatında döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı xatirələrindən danışıblar.

Vətən sevgisinin, torpağa məhəbbətin bu müharibədə Qələbənin təmin edilməsində böyük rolu olduğunu söyləyən qazilər sonda Azərbaycan könüllülərinin suallarını cavablandırıblar.

Görüşün sonunda könüllülər Vətən müharibəsi qaziləri ilə xatirə şəkilləri çəkdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.