CƏMİYYƏT


Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu keçirilir

Bakı, 4 dekabr, AZƏRTAC

5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə dekabrın 4-də Azərbaycan Könüllülərinin III Həmrəylik Forumuna start verilib.

Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, bütün könüllü təşkilatların iştirakı ilə dekabrın 5-dək davam edəcək Forum çərçivəsində müxtəlif silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb.

Forumun ilk günündə Vətən müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar könüllü təşkilatlarının rəhbərləri və könüllülərin iştirakı ilə Şəhidlər xiyabanı və ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilib. Könüllülər Azərbaycanın düşmən üzərində qazandığı şanlı qələbə, 30 ilə yaxındır davam edən işğala son qoyulması, eləcə də bir milyona yaxın qaçqın və məcburi köçkünün arzularının reallaşması münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarlığını ifadə edərək şəhid qəhrəmanlarımızın xatirəsini anıb, onların əziz xatirəsinin daim yaşadılmasının əsas vəzifələrindən biri olduğunu vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu çərçivəsində könüllülərin vahid platformada birləşməsini təmin edən və ölkənin ən böyük könüllü bazası olan Azərbaycan könüllülərinin elektron portalının təqdimatı keçiriləcək.

Forum dekabrın 5-də Bakı Konqres Mərkəzində onlayn formatda keçiriləcək. Forumda bir çox dövlət rəsmilərinin, könüllü təşkilatların rəhbərlərinin çıxışı, musiqili fasilələr, könüllülərin iştirakı ilə maraqlı videoçarxlar və müxtəlif nominasiyalar üzrə ilin ən fəal könüllülərinin mükafatlandırılması nəzərdə tutulur. Tədbirin sonunda isə könüllülərin iştirakı ilə hədiyyəli intellektual yarış keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.