CƏMİYYƏT
Azərbaycan Könüllülərinin iştirakı ilə “Könüldən Zəfərə” adlı proqram davam edir
Bakı, 3 oktyabr, AZƏRTAC
“ASAN xidmət”in, “ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Göygöl Rayon İcra Hakimiyyəti, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə “Könüldən Zəfərə” adlı ASAN Könüllülərinin Şanlı Zəfərə həsr olunmuş “Payız Məktəbi” proqramının ikinci gününə iştirakçılar səhər idmanı ilə başlayıblar.
Azərbaycan Könüllü Təşkilatları İttifaqından AZƏRTAC-a bildiriblər ki, layihənin “Təhsil və karyera” istiqamətində biznes konsultant, təlimçi və “Afandi Concultancy”nin təsisçisi İlham Əfəndiyev tərəfindən “Karyera planlaması” mövzusunda təlim həyata keçirilib.
Təlim zamanı əmək bazarının araşdırılması, namizədin SWOT analizi, müsahibə zamanı müxtəlif qərarverənlərlə ünsiyyət qaydaları haqqında bəhs edilib.
Sonra Rahid Zərbiyev tərəfindən xaricdə təhsillə bağlı seminar təşkil olunub.
Seminar çərçivəsində xaricdə dövlət proqramı, onların qəbul şərtləri, təqaüdlər haqqında danışıqlar aparılıb və iştirakçıların sualları cavablandırılıb.