CƏMİYYƏT


“Azərbaycan Könüllülük Həftəsi 2022” çərçivəsində 2 mindən çox ağac əkilib

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 2-dən etibarən Bakı şəhəri daxil olmaqla respublikanın beş şəhər və rayonunda 5 min nəfər Azərbaycan Könüllüsünün iştirakı ilə ağacəkmə və təmizlik aksiyaları keçirilib.

Azərbaycan Könüllü Təşkilatları İttifaqından AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan Könüllülük Həftəsi 2022” çərçivəsində budəfəki tədbirlər ekoloji istiqamət üzrə “TəbiətimİZ” aksiyası ilə davam edib.

Aksiyaya Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondu ilə yanaşı, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də tərəfdaş qismində qoşulub.

Dəniz sahillərində təmizliyə riayət olunmasının təbliği, vətəndaşları ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etmək məqsədi daşıyan aksiya Tovuz rayonunda Zəyəmçay sahilini, Yevlax şəhərində Kür çayı sahillərini əhatə edib.

Daha sonra eyni istiqamət və regionlar üzrə isə ağacəkmə aksiyaları həyata keçirilib. Ağac əkməklə ekoloji tarazlığın bərpasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək məqsədilə həyata keçirilən aksiyalar üzrə 2000-dən çox müxtəlif cinsli ağaclar əkilib.

Bunlardan əlavə eko-çantaların könüllülər arasında təbliğini genişləndirmək, ekologiyaya zərər vuran polietilen torbaların istifadəsini azaltmaq, plastik tullantılardan səmərəli istifadə etmək məqsədilə “Eco workshop” həyata keçirilib.

Könüllülər aksiya çərçivəsində eko çantalar, plastik tullantılar üzərinə fərqli rəsmlər çəkiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.