“Azərbaycan Könüllülük Həftəsi” başlayacaq
AzerTAg.az

Bakı, 30 noyabr, AZƏRTAC
Dekabrın 1-dən 9-dək Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçiriləcək “Azərbaycan Könüllülük Həftəsi 2022” bütün könüllü təşkilatları və hərəkatlarını, həmçinin Azərbaycanın bir sıra şəhər və rayonlarını əhatə edəcək.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, minlərlə könüllünün cəlb olunacağı həftə ərzində “ZəfərimİZ” və “TəbiətimİZ” aksiyaları, “Könüllülük Sərhəd Tanımır” sosial layihəsi, “BiliyimİZ” intellektual yarışı, “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu”, “Azərbaycan Könüllülərinin Həmrəylik düşərgəsi”, son olaraq həftə ərzində keçirilən tədbirlərin hesabatının təqdim olunması və tərəfdaş təşkilatların mükafatlandırılması məqsədilə mətbuat konfransı reallaşacaq.
Xəbərin mətnində orfoqrafik səhv var