ELM VƏ TƏHSİL
Azərbaycan Kooperasiya Universitetində “Açıq qapı” gününün iştirakçıları imtahan prosesini izləyiblər
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan Kooperasiya Universitetində (AKU) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günü təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, “Açıq qapı” günündə AKU-da təhsil alan tələbələrin valideynləri, təhsil ekspertləri, KİV və QHT nümayəndələri iştirak ediblər.
Universitetdə bu ənənəvi aksiyanı keçirməkdə məqsəd imtahanların şəffaf təşkilinin ictimaiyyət tərəfindən izlənilməsi və qiymətləndirilməsidir.
AKU-nun tədris işləri üzrə prorektoru Fikrət Quliyev, beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva imtahanların şəffaf keçirilməsi üçün yaradılan şərait barədə məlumat veriblər.
Sonra “Açıq qapı” gününün iştirakçıları imtahanların gedişi prosesini izləyib, imtahan yoxlama mərkəzində olublar. Onlar imtahan prosesinin təşkilindən, tələbələrin öz biliklərini ifadə etmələri üçün onlara yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]