İQTİSADİYYAT


Azərbaycan Kredit Bürosu ilə müqavilə imzalamış təşkilatların sayı 126-ya çatıb

Bakı, 11 iyul, AZƏRTAC

İyunun 30-na Azərbaycan Kredit Bürosu (AKB) ilə müqavilə imzalamış təşkilatların sayı 126-ya çatıb.

AKB-dən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə 6 yeni təşkilat, o cümlədən 1 bank olmayan kredit təşkilatı, 2 lizinq şirkəti, 2 kredit ittifaqı və 1 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs ilə müqavilə imzalanıb və büro sisteminə inteqrasiya edilib.

Bu ilin ilk yarısında büronun sistemindən 30 bank və 40 bank olmayan kredit təşkilatı (BOKT) istifadə edib. Qeyd olunan müddətdə büroda banklar və BOKT-lar tərəfindən 1 milyon 301 min 606 sorğu həyata keçirilib. Həmin göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 37 faiz çoxdur. Keçən ilin müvafiq dövründə anoloji sistemdən kredit təşkilatları tərəfindən 952 min 987 sorğu yerinə yetirilib.

Büroda aparılmış sorğuların 1 milyon 162 min 865-i (89 faiz) banklar, 138 min 741-i (11 faiz) isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib. Büronun skorinq xidmətindən isə 6 ayda ümumilikdə 851 min 607 sayda istifadə qeydə alınıb ki, bu da ümumi sorğuların 65 faizini təşkil edib.

Qeyd olunan dövrdə 13 min 827 şəxs büroya müraciət edərək öz kredit hesabatlarını əldə edib. Müraciət etmiş şəxslərin 13 min 751-i (99,5 faiz) fiziki, 76-sı (0,5 faiz) isə hüquqi şəxslər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.