Azərbaycan-Latviya beynəlxalq yoldaşlıq oyunu başlayıb
AzerTAg.az

Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Maltanın Ta Qali şəhərindəki Milli Stadionda keçirilən Latviya - Azərbaycan beynəlxalq yoldaşlıq oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin start heyətində meydana Səlahət Ağayev, Qara Qarayev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Höccət Haqverdi, Emin Mahmudov, Renat Dadaşov, Dmitri Nazarov, Eddi İsrafilov və Toral Bayramov çıxıblar.
Latviya millisinin start heyətində isə Pavel Steinbor, Vladislav Sorokin, Kaspar Dubra, Antoni Çernomordı, Krister Tober, Vladislav Qutkovski, Robert Savalnyek, Andrey Çiqaņiks, Renar Varslavan, Raymond Krolli və Aleksey Savelyev yer alıblar.
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi zədəli Bədavi Hüseynovla yanaşı, Rüstəm Əhmədzadəni də iştirak ərizəsinə daxil etməyib.
Oyunu Maltadan olan hakimlər briqadası idarə edir.
Qeyd edək ki, komandamız tarixində 5-ci dəfə Latviya ilə üz-üzə gəlir. Əvvəlki 4 yoldaşlıq matçının 3-ü heç-heçə ilə yekunlaşıb, 1-də Azərbaycan millisi qələbə qazanıb.
Xəbərin mətnində orfoqrafik səhv var