İQTİSADİYYAT


Azərbaycan Latviyaya fındıq və nar ixrac edəcək

Bakı, 12 aprel, AZƏRTAC

Azərbaycan Latviyaya fındıq və nar ixrac edəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Made in Azerbaijan" brendinin təşviqi, yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədilə Riqaya təşkil edilmiş ixrac missiyası başa çatıb. Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ixrac missiyasında şərab və digər spirtli içkilər, qida, tekstil məhsullarının istehsalı və turizm sahəsində fəaliyyət göstərən 23 Azərbaycan şirkəti iştirak edib. Missiya çərçivəsində Azərbaycan sahibkarları latviyalı həmkarları ilə görüşlər keçirib, məhsul ixracının genişləndirilməsinə dair müzakirələr aparıblar.

Azərbaycanın "Azhazelnut" və Latviyanın "Alisco" şirkətləri arasında 250 min dollarlıq fındığın Latviyaya ixracına dair müqavilə imzalanıb. Azərbaycanın "Mars Fk" və Latviyanın "Auglu Serviss" şirkəti arasında nar məhsulunun ixracına dair ilkin razılıq əldə olunub.

Bununla yanaşı, Azərbaycanın "Crispa snacks" şirkəti Hindistan və Latviya şirkətləri ilə, "Delta Qrup" şirkəti Hindistanın "Sepmis Enterprises", "Farko" şirkəti Latviyanin "Leversa", "Şərq Ulduzu" şirkəti "Maxima" supermarketler şəbəkəsi, "Twins Tramp", "Dagamba" şirkətləri, "Aspi Agro" şirkəti Latviyanın "Vina Medneks" şirkəti, "Brightman BMC" şirkəti isə şirkəti "Sky" supermarketi ve "Budda Bura" şirkəti ilə məhsulların ixracına dair müzakirələr aparıblar.

Azərbaycanın "Turizm.az" şirkəti latviyalı tərəfdaşları ilə turizm xidmətlərinin ixracının artırılması məqsədilə oktyabr ayında turist qrupunun ölkəmizə səfərinin təşkili ilə bağlı razılığa gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.