İDMAN
Azərbaycan-Litva oyununda qalib müəyyənləşməyib YENİLƏNİB
Bakı, 25 mart, Nicat Məmmədov, AZƏRTAC
Qarşılaşmanın ikinci hissəsi millimizin üstünlüyü ilə yadda qalıb.
AZƏRTAC xəbər verir ki, milli komandamız rəqibin qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyət yaradıb.
Son 15 dəqiqə ərzində baş məşqçi Nikola Yurçeviç dördüncü hücumçunu meydana buraxmasına baxmayaraq, rəqib qapısını toxunulmaz saxlamağa nail olub.
18:56
Azərbaycan-Litva oyunun birinci hissəsi başa çatıb
Bakı, 25 mart, Nicat Məmmədov, AZƏRTAC
Bakı vaxtı ilə saat 18:00-da başlayan Azərbaycan-Litva oyunun birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, ilk hissədə millimiz hesabı açmağa yaxın olsa da, rəqibin müdafiəçiləri inamlı oynayıb.
18:00
Azərbaycan millisinin Litva millisi ilə yoldaşlıq görüşü başlayıb.
AZƏRTAC xəbər verir ki, “Bakcell Arena” stadionunda keçirilən oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edir.
Komandamızın start heyətində meydana Səlahət Ağayev, Qara Qarayev, Maksim Medvedev (k), Bədavi Hüseynov, Araz Abdullayev, Ramil Şeydayev, Eddi İsrafilov, Rüfət Dadaşov, Anton Krivotsyuk, Riçard Almeyda və Təmkin Xəlilzadə çıxıb.
Qeyd edək ki, UEFA-nın təqvim reqlamentinə əsasən, hər iki komanda AVRO-2020-nin seçmə mərhələsində ikinci turu buraxıb. İlk turda Azərbaycan səfərdə Xorvatiyaya, Litva isə Lüksemburqa eyni hesabla uduzub - 1:2.
Həm Nikola Yurçeviç, həm də Valdas Urbonas baş məşqçi olduqları yığmanı bu il ilk dəfə yoldaşlıq görüşündə sınaqdan çıxaracaq. Bu komandalar əvvəllər 2 dəfə qarşılaşıblar. 1998-ci ildə Estoniyanın Vilyandi şəhərində təşkil olunmuş matçda Azərbaycan 2:1, 2008-ci ildə Vilnüsdə baş tutmuş qarşılaşmada Litva 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, iki ölkə yığması həm də ilk dəfə Bakıda üz-üzə gələcək.