İDMAN


Azərbaycan–Lixtenşteyn oyununun hakimləri müəyyənləşib

Bakı, 12 noyabr, AZƏRTAC

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan–Lixtenşteyn oyununun hakimləri müəyyənləşib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, oyunu Kiprdən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Lukas Sotiriou olacaq. Ona həmyerliləri Çaralambos Çaralambous və İoannis Lazarou kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kiriakos Çristodoulou yerinə yetirəcək.

Azərbaycan–Lixtenşteyn matçı noyabrın 14-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.