CƏMİYYƏT
Azərbaycan “Lüksemburq Beynəlxalq Bazarı”nda təmsil olunacaq
Lüksemburq, 20 noyabr, AZƏRTAC
“Lüksemburq Beynəlxalq Bazarı”nda Azərbaycan-Lüksemburq Ticarət Palatasının və bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Assosiasiyasının birgə təşkilatçılığı ilə ölkəmiz böyük stendlə təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, noyabrın 26-da açılacaq “Lüksemburq Beynəlxalq Bazarı” üç gün davam edəcək. Beynəlxalq Bazar Lüksemburqun böyük hersoginyasının himayəsində təşkil olunur.
Pandemiyanın yayılmasından sonra ilk dəfə təşkil olunacaq bazarda bu dəfə 60 deyil, 37 ölkənin iştirakı gözlənilir. Azərbaycan “Lüksemburq Beynəlxalq Bazarı”nda 2011-ci ildən iştirak edir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq