CƏMİYYƏT


Azərbaycan MDB məkanında gənclər sahəsində əməkdaşlığa dair strategiyanın reallaşdırılmasında fəal iştirak edir

Bakı, 14 noyabr, AZƏRTAC

MDB məkanında gənclərlə əməkdaşlığın inkişaf etdirilməsinə dair strategiya mövcuddur. Azərbaycan bu strategiyada fəal iştirak edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gənclər və İdman nazirinin müavini İntiqam Babayev noyabrın 14-də jurnalistlərə müsahibəsində deyib.

Nazir müavini qeyd edib ki, strategiya çərçivəsində ölkəmizdə bir sıra tədbirlər təşkil olunur. Bu gün Bakıda “MDB üçün 100 ideya” beynəlxalq müsabiqə-sərgi keçirilir. Tədbirdə 7 ölkədən 30-dan çox gəncin elm, texnika və digər sahələr üzrə layihələri nümayiş olunub. Sərginin məqsədi MDB-yə üzv ölkələrin gənclərinin sosial-iqtisadi əhəmiyyətli innovativ fəaliyyətlərinin dəstəklənməsi, elmi-texniki yaradıcılığa sövq edilməsi və gənclərin beynəlxalq əməkdaşlığının genişləndirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.