CƏMİYYƏT


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də Milli Qurtuluş Günü qeyd olunub

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub.

Səhmdar Cəmiyyətdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Cəmiyyətin sədri Əhməd Əhmədzadə Milli Qurtuluş Gününün Azərbaycanın müasir dövlətçilik tarixindəki əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra dövlət quruculuğu prosesinin başlanmasından, Ulu Öndərin ölkəni xaos və hərc-mərclikdən, vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etməsindən və bunun müstəqil dövlətimizin taleyində dönüş anı olmasından ətraflı bəhs edib. Bildirib ki, müasir tariximizdə Milli Qurtuluş Günü kimi əbədiləşmiş 15 iyun əsl xilaskarlıq səlnaməsi və Azərbaycan xalqının mübarizəsinin parlaq qələbəsi günüdür.

Əhməd Əhmədzadə çıxışında onu da qeyd edib ki, Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir.

Cəmiyyətin sədri Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli davamlı tərəqqisini və əldə olunan yüksək nailiyyətləri xüsusi vurğulayıb.

Çıxışlarda bildirilib ki, Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyətin şərəfli həyat yolu və siyasi irsi indiki və gələcək nəsillərə nümunə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.