ELM VƏ TƏHSİL


Azərbaycan Memarlıq və İnşaat Universiteti Koşitse Texniki Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı, 10 oktyabr, AZƏRTAC 

Slovakiyanın Koşitse Texniki Universitetinin dəvəti əsasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti bu ölkəyə səfər edib. Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayevanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə, su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Zakir Musayev də olublar.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti Koşitse Texniki Universitetinin rəhbərliyi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib. Müzakirələr zamanı tələbə-müəllim mübadiləsi, birgə elmi konfransların təşkili, elm sahəsində əməkdaşlıq və tərəfləri maraqlandıran digər məsələlərə toxunulub.

Sonda Koşitse Texniki Universiteti ilə AzMİU arasında əməkdaslıq müqaviləsi imzalanıb. Sənədi Koşitse Texniki Universitetinin inşaat fakültəsinin dekanı Vinsent Kvocak və AzMİU-nun nəqliyyat fakültəsinin dekani Elçin Yusifzadə imzalayıblar.

AzMİU-nun əməkdaşları, həmçinin Slovakiyanin “SUDOP” şirkətinin rəhbərliyi ilə görüşüblər. Görüşdə hər iki universitetin tələbələri üçün şirkətdə yaradılacaq imkanlar barədə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.