ELM VƏ TƏHSİL


Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Serbiyanın Belqrad Universiteti arasında memorandum imzalanmışdır

Bakı, 9 oktyabr (AZƏRTAC). Serbiyanın Belqrad Universitetinin rektoru, akademik Vladimir Bumbaşireviçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) olmuşdur.

AMİU-dan AZƏRTAC-a bildirmişlər ki, görüşdə universitetin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi ali təhsil ocağının tarixi, beynəlxalq əlaqələri, dünyanın tanınmış universitetləri ilə tələbə mübadiləsi barədə ətraflı məlumat vermişdir.

G.Məmmədova hazırda Belqrad Universitetinin nəzdində olan, lakin Azərbaycanda mövcud olmayan su təsərrüfatı menecmenti sahəsinin işlənib hazırlanmasına və bu sahənin universitetdə ayrıca fakültə kimi mütəxəssis yetişdirməsinə xüsusi ehtiyac olduğunu diqqətə çatdırmışdır.

Belqrad Universitetinin fəaliyyəti barədə məlumat verən V.Bumbaşireviç bildirmişdir ki, 31 fakültə üzrə 80 min tələbə və 10 min müəllimi olan bu ali təhsil ocağı 204 illik fəaliyyəti dövründə bir çox universitetlərlə əməkdaşlıq etmişdir və hazırda bu proses yeni mərhələyə qədəm qoymuşdur.

Belqrad Universitetinin su təsərrüfatı və kommunikasiya sistemləri fakültəsinin professoru Jovan Despotoviç Azərbaycanda səfərdə olduqları müddətdə artıq bir sıra birgə layihələrin həyata keçirilməsi üçün təkliflər verdiklərini bildirmişdir.

Belqrad Universitetinin prorektoru, professor Marko İvetiç ölkəsində yağış və çay sularının yeni texnologiyalarla və su təsərrüfatı sahəsində peşəkar menecmentlərin köməyi ilə təmizlənib, kənd təsərrüfatında və texniki su kimi istifadədə əldə etdikləri uğurlardan danışmışdır.

Sonda AMİU ilə Belqrad Universiteti arasında elmi, təcrübi və nəzəri sahədə əməkdaşlığa dair memorandum imzalanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.