ELM VƏ TƏHSİL


Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələrin yaradıcılıq sərgisi açılıb

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) sərgi salonunda memarlıq fakültəsinin tələbələri Mehdi Əzimzadə, Günay İsgəndərli və Muhammet Alinin yaradıcılıq sərgisi açılıb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, açılış mərasimində fakültənin dekanı Zahidə Məmmədova 3 istedadlı gəncin sərgisinin universitetdə təşkil olunmasını yüksək qiymətləndirib, bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Tələbələri təbrik edən digər natiqlər də universitetdə keçirilən sərgilərin istedadlı gənclərin üzə çıxarılmasında, ictimaiyyətə təqdim olunmasında əhəmiyyətindən danışıb, belə tədbirlərin davamlı olmasını arzulayıblar.

Sonra iştirakçılar gənc rəssamların əl işləri ilə tanış olublar.

Sərgidə müxtəlif janrlarda yağlı boya ilə çəkilmiş 70-ə yaxın tablo, qrafik işi və maket yer alıb. M.Əzimzadənin kibrit çöpü ilə hazırladığı məscid maketi sərgi iştirakçıları tərəfindın maraqla qarşılanıb. Onun 5 ay ərzində ərsəyə gətirdiyi məscid maketi azan sədaları altında elektriklə işıqlandırılıb. Maketin hazırlanmasında kibrit çöpləri ilə yanaşı, karton və alüminiumdan da istifadə olunub, günbəz hissəsi isə dekorativ qaşlarla bəzədilib. Maketin yığılmasına 10 mindən çox kibrit sərf edilib. Digər diqqətçəkən iş isə Türkiyədə 15 iyul hadisələrinə həsr edilən Şəhidlər körpüsü olub. G.İsgəndərli və M.Alinin yağlı boya və karandaşla çəkdikləri rəsmlər də iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Sərgi dekabrın 20-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.