ELM VƏ TƏHSİL


Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistraturasının boş qalan yerlərinə qəbul aparılır

Bakı, 9 avqust, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistraturasının texnoloji maşın və avadanlıqlar mühəndisliyi (inşaat yol maşınları və avadanlıqları) və mexanika mühəndisliyi (maşınların möhkəmliyi və dinamikası) ixtisaslaşmaları üzrə boş qalan yerlərə qəbul elan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Magistr” jurnalının 6-cı nömrəsində dərc edilib. Bildirilib ki, 6 nömrəli proqrama aid bu ixtisaslaşmalara qəbul əyani formada Azərbaycan bölməsində aparılır. Texnoloji maşın və avadanlıqlar mühəndisliyi (inşaat yol maşınları və avadanlıqları) ixtisaslaşmasına qəbul yalnız ödənişli əsaslarla aparılır.

Xatırladaq ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi avqustun 14-dək davam edəcək. Boş qalan yerlərə qəbul fevralın 20-də və mayın 29-da keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.