ELM VƏ TƏHSİL


Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri İstanbulda təlim-təcrübə proqramında iştirak ediblər

Bakı, 3 avqust, AZƏRTAC 

Azərbaycan Memarlıq İnşaat Universitetinin (AzMİU) tələbələri İstanbul Su və Kanalizasiya İdarəsində təlim-təcrübə proqramında iştirak ediblər.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, universitetin 20 tələbəsi İstanbul Su və Kanalizasiya İdarəsinin əldə etdiyi təcrübə ilə tanış olaraq yeni bilik və bacarıqlara yiyələnib, nəzəri biliklərini təcrübədə daha da möhkəmləndiriblər.

Təcrübə müddətində azərbaycanlı tələbələrin yeni hava limanının inşaat meydanında, Yavuz Sultan Səlim körpüsündə texniki araşdırma gəzintiləri təşkil edilib.

Bundan başqa, AzMİU-nun tələbələri İstanbulun tarixini və bu gününü əks etdirən memarlıq abidələri ilə tanış olublar.

Sonda tələbələrimizə sertifikat və hədiyyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.