RƏSMİ XRONİKA


Azərbaycan Mərkəzi və Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının üzvlərindən

Möhtərəm cənab Prezident,

Biz, Vətəndən uzaqda yaşayan azərbaycanlılar ölkəmizdə gedən prosesləri diqqətlə izləyir, Azərbaycanın uğurlarına çox sevinirik.

Qeyri-adi müdrik siyasəti ilə bütün dünyada hamını heyran qoymuş ulu öndərimiz Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi və davamçısı olaraq Sizin Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və çiçəklənməsi, milli mənəvi dəyərlərin qorunması uğrunda, eləcə də ölkənin iqtisadi qüdrətinin inkişafı yolunda göstərdiyiniz çox mühüm və mütərəqqi fəaliyyətlə bağlı qürur hissi keçirir və bu fəaliyyəti yüksək qiymətləndiririk.

Fürsətdən istifadə edərək, prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edir, Zati-alinizə uzun ömür, möhkəm cansağlığı və doğma Azərbaycanımızın işıqlı gələcəyi üçün apardığınız mübarizədə daha böyük uğurlar arzulayırıq.

ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan azərbaycanlılar adından dərin hörmətlə,

Azərbaycan Mərkəzi və Hyuston-Bakı

Qardaşlaşmış Şəhərlər Assosiasiyasının üzvləri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin