CƏMİYYƏT


Azərbaycan Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da Azərbaycan Mətbuat Şurası (MŞ) ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Şuradan AZƏRTAC-a bildiriblər ki, sənədi Rusiya Jurnalistlər İttifaqının ölkəmizdə səfərdə olan sədri Vladimir Solovyov və MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov imzalayıblar.

Tədbirdə çıxış edən Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyətindən, imzalanan memorandumun əhəmiyyətindən söz açıb.

V.Solovyov memorandumun iki ölkənin media qurumları, eləcə də jurnalistləri arasındakı təmasın daha sistemli şəkildə qurulması üçün etibarlı baza rolunu oynayacağına əminliyini bildirib.

Sənəddə qarşılıqlı səfərlərin təşkili, təcrübə mübadiləsi, birgə layihə və proqramların həyata keçirilməsinə dəstək və digər məsələlər öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.