İDMAN


Azərbaycan Milli Abilimpiya Federasiyasının iclası keçirilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Azərbaycan Milli Abilimpiya Federasiyasının (AMAF) iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda federasiyanın prezidenti İlqar Rəhimov ölkəmizdə Abilimpiya hərəkatının təbliğinin, abilimpiyaçıların cəmiyyətdə tanıdılmasının vacib olduğunu qeyd edib, bu baxımdan müxtəlif sərgi və tədbirlərin keçirilməsinin önəmini vurğulayıb.

AMAF-ın prezidenti qeyd edib ki, federasiya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzi, Gənclər və İdman, eləcə də Təhsil nazirliklərinin peşə-təhsil sistemi ilə sıx əməkdaşlıq edir.

Vurğulanıb ki, ölkəmizdə əlilliyi olan şəxslər Abilimpiya hərəkatı vasitəsilə peşə bacarıqlarını inkişaf etdirməklə gələcəkdə məşğulluq və özənüməşğulluq proqlamlarında iştirak edəcəklər. Azərbaycanda Abilimpiya hərəkatı üçün qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi, eyni zamanda, özəl sektoru təmsil edən qurumlar da daxil olmaqla, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyət göstərmək üçün işlər görülür”.

Eyni zamanda, İ.Rəhimov Vətən müharibəsində iştirak etmiş qazilərin də bu hərəkata cəlb olunması ilə bağlı işlərin aparılması üçün müvafiq tapşırıqlar verib.

İ.Rəhimov bildirib ki, 2022-ci ildə Moskvada keçiriləcək X beynəlxalq Abilimpiya çempionatında iştirak edəcək milli komandanın formalaşdırılması məqsədilə yerli yarışların keçirilməsi də nəzərdə tutulub. Bu yarışlarda əlilliyi olan şəxslər 100-dən çox peşə sahəsində öz bacarıqlarını göstərəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.