Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bakı, 31 yanvar, AZƏRTAC 

Yanvarın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda AMEA Rəyasət Heyətinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda AMEA-nın prezidenti akademik Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Akademik A.Əlizadə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları üzrə müsabiqələrlə bağlı məlumat verib. O, Nizami Gəncəvi adına Qızıl medalla təltif etmək səlahiyyətinin Prezident İlham Əliyevin 2014-cü il 27 iyun tarixli Fərmanına əsasən AMEA Rəyasət Heyətinə verildiyini xatırladıb. Adlı mükafatlar haqqında danışan akademik vurğulayıb ki, mükafatlara namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər.

İclasda “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları üzrə 2018-ci il üçün müsabiqələrin elan edilməsi haqqında qərarlar qəbul edilib. Bildirilib ki, Ekspert Komissiyasına namizədlərin təqdimatları martın 1-dək göndərilməlidir.

Sonra AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) hesabatı dinlənilib.

Bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzə edən BTEB-in akademik-katibi akademik Əhliman Əmiraslanov bildirib ki, bölmənin fəaliyyəti Prezident İlham Əliyevin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, dövlət proqramları, milli strategiyalar, AMEA-nın ümumi yığıncağı və Rəyasət Heyətinin qərarları, akademiya prezidentinin sərəncamları əsasında qurulub.

Məruzədə həyata keçirilən tədqiqat işlərinin biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi və məlumat bazalarının yaradılması, bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom və pro­teom tədqiqatları, yeni biotexnologiyaların fundamental əsaslarının işlənib hazırlanması, insan xəstəliklərinin fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının işlənib hazırlanması və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi istiqamətlərində aparıldığı qeyd olunub.

Ə.Əmiraslanov bölmə institutlarında müxtəlif istiqamətlər üzrə 18 problem, 92 mövzu, 245 iş və 468 mərhələni əhatə edən tədqiqatların aparıldığını söyləyib. Qeyd edilib ki, bunlardan 6 iş və 468 mərhələ tamamlanıb. Bölmədənkənar tibb müəssisələri tərəfindən 32 problem, 137 mövzu, 291 iş və 615 mərhələ üzrə tədqiqatlar həyata keçirilib, onlardan 48 iş və 211 mərhələ tamamlanıb. 2017-ci ildə aqrar elm və təhsil müəssisələrində 27 problem, 101 mövzu, 210 iş və 293 mərhələ üzrə tədqiqat işləri davam etdirilib.

Akademik diqqətə çatdırıb ki, ötən il BTEB institutlarında 1.089, Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutları və Azərbaycan Tibb Universitetində 2.753, aqrar sahə institutları və Azərbaycan Dövlət Aqrar Universitetində isə ümumilikdə 1.496 elmi əsər dərc olunub. BTEB-in alimlərinin iştirakı ilə 11 dərslik hazırlanıb. Ümumilikdə xaricdə 317-si impakt faktorlu jurnallarda olmaqla, 950 məqalə dərc edilib.

Hesabat dövründə ilk dəfə Genetik Ehtiyatlar İnstitutunda “Azərbaycan gülöyşəsi” nar sortunun genomunun tam oxunması və altı orqanı üzrə transkriptom analizin həyata keçirildiyini deyən akademik-katib nar genomunda 5.485 gen ailəsinə daxil olan 51.160 genin müəyyənləşdirildiyini bildirib.

Botanika İnstitutunun alimləri tərəfindən Qafqaz və Azərbaycan florasına aid yeni aşkarlanan bitki növlərindən bəhs edən akademik Ə.Əmiraslanov digər mühüm nəticələr barədə də məlumat verib. Bildirilib ki, “Myosotis schistosa A.P.Khokhr” və “Adonis persica Boiss” adlanan iki bitki və Azərbaycanda şabalıd ağacından elm üçün yeni patogen göbələk növü, o cümlədən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Azərbaycanda üzüm bitkisi üzərində aparılan tədqiqatlar nəticəsində elm üçün dörd yeni genotip aşkarlanıb. Bitkilərdən TiO2 əsaslı günəş batareyaları hazırlanaraq elektrik cərəyanı əldə edilib.

Genetik Ehtiyatlar İnstitutu ilə Milli Aviasiya Akademiyasının birgə tədqiqatının nəticəsi olan “Kənd təsərrüfatı bitkilərinin toxumlarının səpinqabağı ozonlaşdırılması üsulu” adlanan ixtira bir neçə inzibati rayonun təsərrüfatlarında və “Azərsun Holdinq” şirkətində tətbiq olunub.

Ötən il elm və təhsilin inteqrasiyası istiqamətində görülən tədbirlərdən danışan akademik qeyd edib ki, BTEB-in alimləri respublikanın bir sıra ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında iştirak ediblər.

Bölmə institutlarının müxtəlif respublika və beynəlxalq qrant layihələrində iştirak etdiyini xatırladan akademik Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və bəzi xarici fondlar tərəfindən maliyyələşdirilən 37 layihə əsasında tədqiqatların aparıldığını söyləyib.

Tədbirdə bölmənin kadr hazırlığı sahəsində beynəlxalq əməkdaşlıq və qrant proqramlarından da danışılıb. Alimlərin tanınmış xarici universitetlərdə tədqiqat aparmaqla yeni metodikalara yiyələndiklərini vurğulayan Ə.Əmiraslanov dörd əməkdaşın xaricdə doktorantura təhsili aldığını, bölmənin 34 əməkdaşının xarici elm mərkəzlərində təcrübə keçdiyini bildirib. Akademik, eyni zamanda, 120-dən çox xarici alimin bölmə institutlarında aparılan tədqiqatlarla tanış olduğunu söyləyib.

Qeyd olunub ki, bölmənin institutlarında beynəlxalq əlaqələr daha çox birgə elmi-tədqiqat işləri və layihələrin həyata keçirilməsi, tədbirlərin və beynəlxalq ekspedisiyaların təşkili, eləcə də nüfuzlu jurnallarda həmmüəllifli elmi məqalələrin çapına yönəldilib. Türkiyə, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avstraliya, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan və Misirin tanınmış universitetləri, elmi-tədqiqat müəssisələri, eləcə də müxtəlif ölkələrin nəbatat bağları ilə elmi əlaqələr qurulub.

Akademik-katib Botanika İnstitutunda biomüxtəliflik və iqlim dəyişmələri, meşə mikologiyası və patologiyası laboratoriyalarının, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda dünyanın aparıcı alimlərinin rəhbərliyi ilə Kompüter struktur biologiyası, Molekulyar biotexnologiya, Molekulyar biomühəndislik, proteomiks, bionanotexnologiya beynəlxalq laboratoriyalarının fəaliyyəti barədə məlumat verib.

Qeyd edək ki, hesabat ilində bölmə üzrə Azərbaycan Respublikası Prezidenti tərəfindən akademik Əhliman Əmiraslanov “Şərəf” və akademik Qərib Məmmədov “Şöhrət” ordenləri, AMEA-nın müxbir üzvləri Novruz Quliyev və Əlişir Musayev “Tərəqqi” medalı ilə mükafatlandırılıblar. AMEA-nın müxbir üzvü Sudeyif İmamverdiyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Məruzə dinlənildikdən sonra təsdiqlənib, mühüm nəticələr bəyənilərək AMEA-nın illik hesabatına daxil edilib.

Rəyasət Heyəti tərəfindən AMEA-nın müxbir üzvü İlham Şahmuradovun 60 illik yubileyinin qeyd edilməsi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru vəzifəsinə seçkilərin keçirilməsi barədə qərarlar qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO