ELM VƏ TƏHSİL


Azərbaycan Milli Elmlər Akademiyası magistrlərinin sosial müdafiəsi gücləndirilir

Bakı, 10 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistrlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür.

AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə iyulun 10-da akademiya magistrlərinin “Məzun günü” tədbirində deyib.

AMEA rəhbəri diqqətə çatdırıb ki, akademiyanın bütün magistrləri işlə təmin olunur, eyni zamanda, qrant layihələrinə cəlb edilirlər. Həmçinin magistrlər arasında müxtəlif intellekt müsabiqələri təşkil olunur. Onların asudə vaxtlarının dəyərləndirilməsi və potensiallarının üzə çıxarılması üçün seminar xarakterli görüşlər keçirilir. Bundan əlavə, magistrlərə startaplara qoşulmaq, startapların tapılması və hazırlanması yolları təbliğ edilir, həmçinin elmdə şəbəkələşmə məqsədilə xaricdə təhsil alan gənclərlə görüşlər təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.