ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyası və TÜBİTAK-ın layihə müsabiqəsi martın 6-dək davam edəcək
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün elan edilmiş layihə müsabiqəsi martın 6-dək qüvvədədir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, layihə təklifləri Türkiyə və Azərbaycandan olan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmalıdır.
Ətraflı məlumat və ərizə formalarını bei.science.gov.az veb-səhifəsindən əldə etmək olar.
Azərbaycan tərəfi layihə təkliflərini AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə təqdim etməlidir. E-mail: [email protected].
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [11:50]
AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib
- 20.04.2024 [11:38]
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
- 19.04.2024 [22:58]