Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib

Naxçıvan, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, ümummilli lider Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi təsis edilib. Ulu Öndər bu barədə demişdir: “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycanın tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi - həm təbiətinin, həm adət-ənənələrinin, etnoqrafiyasının öyrənilməsi barədə çox az iş görülübdür. Bunları nəzərə alaraq, mən bu Sərəncamı vermişəm”.

Ali Məclisin Sədri diqqətə çatdırıb ki, fəaliyyəti dövründə bölmədə, ümumilikdə 17 beynəlxalq simpozium və konfrans keçirilmiş, mindən artıq kitab, albom, monoqrafiya, tezis və məqalə çap olunmuş, 37 patent alınmış, bölmə əməkdaşları 4-ü beynəlxalq olmaqla, 23 qrant layihəsinin qalibi olmuşlar. Bölmənin strukturunda 6 elmi-tədqiqat müəssisəsi, eləcə də elmi kitabxana və nəşriyyat fəaliyyət göstərir. Bölmədə elmi işçilərdən 2-si akademik, 4-ü Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 4-ü elmlər doktoru, 51-i fəlsəfə doktoru, 57-si isə doktorant və dissertantdır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində 4 ixtisas üzrə 2 Dissertasiya Şurası fəaliyyət göstərir. Bu illər ərzində muxtar respublikada 27 beynəlxalq və 7 yerli arxeoloji ekspedisiya təşkil edilib və fəaliyyət uğurlu olub.

Ali Məclisin Sədri deyib: Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaranmasının 20 illiyini elmi nailiyyətlərlə qarşılamaq üçün ciddi fəaliyyət proqramı müəyyənləşdirilməlidir. Müstəqillik illərinə qədər Naxçıvanın tarixi ilə bağlı araşdırmalar məhdud çərçivədə idi. Lakin ötən dövrdə bölmə tərəfindən çoxsaylı elmi əsərlər, kitablar, monoqrafiyalar çap olunaraq ictimaiyyətə təqdim edilib. Bunlar içərisində “Naxçıvan tarixi” üçcildliyi və akademik İsmayıl Hacıyevin “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” kitabı mühüm yer tutur. Bununla belə, Naxçıvan tarixi, xüsusilə Nuh peyğəmbər və dünya tufanı ilə bağlı araşdırmalar davam etdirilməli, Əshabi-Kəhf barədə tədqiqatlar aparılmalı, yeni elmi əsərlər yazılmalıdır.

Müşavirədə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev məruzə edərək deyib ki, bölmə əməkdaşları 2020-ci ildə və 2021-ci ilin birinci yarısında 1097 əsər nəşr etdiriblər. Onun da 277-si xarici ölkələrdə çap olunub. Həmçinin əməkdaşların 90 məqaləsi impakt faktorlu jurnallarda, 649 elmi məqaləsi beynəlxalq kodlu elmi jurnallarda nəşr edilib, bölmə əməkdaşlarının əsərlərinə 1226 istinad qeydə alınıb. Naxçıvan Bölməsinin fəaliyyəti dövründə icra edilən elmi-tədqiqat işlərinin 187 mühüm nəticəsi Azərbaycan Milli Elmlər Akademiyasının illik hesabatlarına daxil edilib. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin maddi-texniki bazası ilbəil möhkəmləndirilib, yüksək səviyyədə iş şəraiti yaradılıb. Bölmə beynəlxalq internet şəbəkəsinə qoşulub, 5 elektron portal yaradılıb, elektron kitabxana formalaşıb. Laboratoriyalar üçün lazımi avadanlıq və yeni cihazlar alınıb. “Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında” Ali Məclis Sədrinin 2019-cu il 24 sentyabr tarixli Sərəncamına əsasən tədqiqat qrupu tərəfindən monoqrafiya hazırlanaraq nəşr edilib, “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” Ali Məclis Sədrinin müvafiq Sərəncamına uyğun olaraq “Beynəlxalq Moskva və Qars müqavilələri” monoqrafiyası hazırlanıb. “Naxçıvan” jurnalının bir nömrəsi Qars müqaviləsinin 100 illiyinə həsr ediləcəkdir. Moskva və Qars müqavilələrindən sonra Naxçıvanın ərazi-sərhəd məsələsinə aid Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ilə birgə iki xəritə hazırlanıb. “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi”nin keçirilməsi haqqında Ali Məclis Sədrinin 2021-ci il 2 mart tarixli Sərəncamına uyğun “Naxçıvanlı rəssamlar ensiklopediyası” hazırlanıb, “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” Ali Məclis Sədrinin müvafiq Sərəncamına uyğun olaraq kitab hazırlanması nəzərdə tutulub. “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Tədbirlər Planı”na uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Elmi əsərlərinin Xüsusi nömrəsi Aşıq Ələsgərə həsr ediləcəkdir.

Akademik diqqətə çatdırıb ki, Naxçıvan Bölməsinin 25-ə yaxın əməkdaşı ali təhsil məktəblərində tədris prosesinə qoşularaq tələbələrin diplom işlərinə, magistr dissertasiyalarına uğurla rəhbərlik edirlər. 2020-2021-ci illərdə 3 respublika, 13 muxtar respublika, 31 Naxçıvan Bölməsi səviyyəli konfranslar, 15 tədbir, 23 kitab və monoqrafiyanın təqdimatı keçirilib, İlanlıdağ geoparkı üzrə sənədlər işlənib, kitab hazırlanıb. 12 xarici ölkənin 20-dən artıq müəssisəsinin əməkdaşları ilə əlaqələr yaradılıb. İsmayıl Hacıyev göstərilən diqqət və qayğıya görə bölmənin kollektivi və muxtar respublika ziyalıları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərli muxtar respublikada elmə göstərilən dövlət qayğısına görə minnətdarlıq edərək deyib: “Müstəqillik illərində muxtar respublikada əldə olunan inkişaf elm sahəsini də əhatə edib, kadr potensialı formalaşıb. Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu 1 elmlər doktoru, 3 fəlsəfə doktoru, bir neçə kiçik elmi işçi ilə fəaliyyətə başlayıb. Hazırda isə institutda 1 akademik, 2 müxbir üzv, 9 fəlsəfə doktoru və elmi işçilər fəaliyyət göstərir. Bütün bunlar imkan verir ki, qarşıda duran vəzifələri layiqincə yerinə yetirək. Biz də bu etimada uyğun olaraq fəaliyyətimizi qarşıya qoyulan tələblər səviyyəsində quracağıq”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Hər bir mütərəqqi cəmiyyətdə elmin inkişafı dövlətin əsas vəzifələri sırasındadır. Çünki elm inkişaf etmədən nə sosial-iqtisadi tərəqqidən, nə də yüksək rifahdan danışmaq mümkündür. Muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlər, ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması və müasir elmi-texniki infrastrukturun formalaşdırılması uğurlu nəticələrin qazanılmasına səbəb olmuşdur. 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması ilə bağlı keçirilən müşavirədə Ümummilli Liderimiz bu qərarın vacibliyini vurğulamış və qarşıya mühüm vəzifələr qoyaraq demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda, Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var. Ona görə ki, Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsi olaraq, Azərbaycan xalqının tarixində, ümumiyyətlə, Azərbaycan anlayışında çox böyük yer tutur”. Ötən dövrdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Ulu Öndərin müəyyənləşdirdiyi vəzifələrin icrasını diqqətdə saxlamış, Naxçıvanın qədim tarixi, mədəniyyəti, ədəbiyyatı, etnoqrafiyası, folkloru, adət-ənənələri, abidələri, təbiəti və təbii sərvətləri ətraflı öyrənilmiş, Naxçıvanşünaslıq mühüm elmi nailiyyətlərlə zənginləşdirilmişdir.

Ali Məclisin Sədri bütün bu nailiyyətlərə görə bölmənin kollektivinə təşəkkür edib.

“Ümummilli liderimiz Heydər Əliyev elmin hər bir ölkə üçün əhəmiyyətinə də diqqəti çəkərək deyirdi ki, “Hansı iqtisadiyyat olur-olsun, elm inkişaf etməlidir”. Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində elmi nailiyyətlərin tətbiqi qarşıya mühüm vəzifələr qoyur”, - deyən Ali Məclisin Sədri muxtar respublikada elmin inkişafı ilə bağlı müvafiq tapşırıqlar verərək deyib: Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi fəaliyyətində elmi tədqiqatların və araşdırmaların səmərəliliyini artırmalıdır. Elm sosial-iqtisadi inkişafa öz töhfəsini verməlidir. Ona görə də Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə elmin inkişaf strategiyası bir-biri ilə əlaqələndirilməli, aktual elmi istiqamətlər müəyyənləşdirilməlidir. Elmin və təhsilin inteqrasiyası, innovasiya fəaliyyətinin dəstəklənməsi qarşıda duran əsas hədəfdir. Akademiyanın Naxçıvan Bölməsi orta, orta ixtisas və ali təhsil müəssisələri ilə əlaqələri gücləndirməli, elmin innovasiya fəaliyyətini dəstəkləməli, elmi tədqiqatların tətbiqi mexanizmləri hazırlanmalı və “Elm Festivalı” keçirilməlidir. Muxtar respublikanın müasir ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı alimlər üçün açıq tədqiqat mövzusudur. Akademiyanın Naxçıvan Bölməsinin institutları bu məsələni diqqətdə saxlamalı, təhlilli və müqayisəli əsərlər ortaya qoyulmalıdır. Muxtar respublikanın hər bir rayonunun tarixi yazılmalı, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində bununla bağlı tədqiqat qrupları yaradılmalı, tarix-diyarşünaslıq muzeylərindəki eksponatlardan, arxiv sənədləri və arxeoloji ekspedisiyaların nəticələrindən geniş istifadə olunmalıdır.

Qeyd olunub ki, Naxçıvanın qədim və müasir dövlətçilik tarixi alimlərimiz üçün əsas tədqiqat predmeti olmalı, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu bu mövzu ilə bağlı yeni elmi əsərlər işləməlidir. Həmçinin Naxçıvanın ən qədim dövrlərdən Azərbaycan türklərinə məxsusluğu ilə bağlı elmi materialların sayı artırılmalı və xarici dillərə tərcümə olunaraq geniş yayılmalıdır. Muxtar respublikada arxeoloji ekspedisiyalar davam etdirilməli, arxeoloji abidələrin uçotu və qeydiyyatı aparılmalı, mühafizə olunmalı, ekspedisiyaların nəticələrinə uyğun olaraq bölmədə yeni elmi istiqamətlər və dissertasiya mövzuları müəyyənləşdirilməlidir. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu hər bir yaşayış məntəqəsinin etnoqrafik xüsusiyyətlərini, ailə-məişət və təsərrüfat həyatını, sənətkarlıq sahələrini, mərasimlərini araşdırmalı, “Naxçıvan etnoqrafiyası” çoxcilidliyi hazırlanmalıdır. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ədəbi prosesin inkişafı sahəsində fəaliyyətini gücləndirməli, ədəbiyyatşünaslığın əsas istiqamətləri üzrə tədqiqatlar aparılmalı, Naxçıvan ədəbi mühitinin mövcud vəziyyəti və yaradıcılıq istiqamətləri obyektiv təhlil olunmalıdır. Həmçinin institut hər bir bölgə üzrə folklor nümunələrinin toplanması, təsnifatı, nəşri və tədqiqi ilə bağlı fəaliyyətini gücləndirməlidir. Min illər ərzində formalaşmış xalq deyimlərimiz - atalar sözləri, tapmacalar, məsəllər əcdadlarımızın həyat tərzi və dünyagörüşlərinin ifadəsi olmaqla yanaşı, həm də qəhrəmanlıq, Vətənə məhəbbət, insanpərvərlik, əməksevərlik kimi nəcib insani keyfiyyətləri təbliğ edir. Ona görə də günümüzdə xalq deyimlərinin toplanması və təbliği zərurətə çevrilmişdir. Etnoqrafiya və Folklorşünaslıq şöbələrinin əməkdaşları bu sahədə fəaliyyəti gücləndirməli, bölgələr üzrə xalq deyimləri yığılmalı və sistemləşdirilərək nəşr olunmalıdır. Təbii Ehtiyatlar İnstitutu fundamental elmlər üzrə tədqiqatları genişləndirməli, muxtar respublikanın təbii sərvətləri öyrənilməli və onların istehsalatda tətbiqi ilə bağlı təkliflər verilməlidir.

Ali Məclisin Sədri deyib: İqtisadiyyat Nazirliyi təbii sərvətlərimizin istehsalatda tətbiqi ilə bağlı layihələri dəstəkləməli və iqtisadi baxımdan dəyərləndirməli, elmyönümlü yeni istehsal müəssisələrinin yaradılması üçün kreditlər verilməli və bu sahədə sahibkarlıq fəaliyyəti təşviq olunmalıdır. Bioresurslar İnstitutu muxtar respublikanın əkinçilik, torpaqşünaslıq, meliorasiya və su təsərrüfatı sistemini, biomüxtəlifliyini, fauna və florasını elmi əsaslarla tədqiq etməli, Nəbatat bağının imkanlarından istifadə etməklə təcrübələr aparmalı, milli genefond qorunmalı, yerli iqlim şəraitinə uyğun məhsuldar bitki sortları müəyyənləşdirilməli və əkinçilikdə tətbiqi barədə təkliflər verilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təkliflərini nəzərə alaraq ekoloji tarazlığın qorunması, endemik flora və yerli fauna növlərinin bərpası sahəsində tədbirləri davam etdirməli, bitki və heyvan növləri invertarlaşdırılaraq məlumat bazası yaradılmalı, xüsusi mühafizə olunan təbiət ərazilərində birgə monitorinqlər keçirilməlidir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Səhiyyə Nazirliyi ilə birlikdə təbii sərvətlərimizin tibbi əhəmiyyətini araşdırmalı, termal və mineral sulardan, şorsu palçığından, dərman bitkilərindən müxtəlif xəstəliklərin müalicəsində istifadə olunmalı, bununla bağlı maarifləndirmə işləri aparılmalıdır.

Ali Məclisin Sədri deyib: Qədim kitab və sənədlərin Əlyazmalar Fonduna daxil edilməsi işin bir tərəfidir. Əsas məsələ isə onların öyrənilməsidir. Əlyazmalar Fondundakı qədim kitab və sənədlərin hər biri araşdırılmalı, aktual olanlar yenidən nəşr edilərək ictimailəşdirilməlidir. Elmi fəaliyyətin əsas göstəricilərindən biri də kadr hazırlığı və düzgün mövzu seçimidir. Bölmədə gənc alimlərin yetişməsi və tədqiqatçı-mütəxəssislərin hazırlanmasına ciddi diqqət yetirilməli, dissertasiya mövzuları müasir elmin inkişaf istiqamətlərinə uyğun seçilməli, elmi yaradıcılıqda kəmiyyətlə yanaşı, keyfiyyətə də fikir verilməlidir. Həmçinin ali təhsil müəssisələrində perspektivli tələbələr müəyyənləşdirilərək bölmənin işinə cəlb olunmalıdır. Alim və ziyalıların ictimai fikrə böyük təsir gücü vardır. Bölmə əməkdaşları bu məsələni diqqətdə saxlamalı, mətbuatda mütəmadi olaraq çıxışlar etməli, ziyalı mövqeyi ortaya qoyaraq ictimai fikri düzgün istiqamətləndirməlidirlər. Bölmənin elmi kitabxanasının fəaliyyəti də gücləndirilməli, fonddakı kitablar elektron məkanda geniş tanıdılmalı, müxtəlif elektron kitabxanalarla əlaqə qurulmalı, informasiya və kitab mübadiləsi aparılmalı, kitabxanada “Naxçıvan bölməsi” yaradılmalıdır. Bölmə əməkdaşlarının Naxçıvan barədə çap olunmuş bütün elmi ədəbiyyatları həmin bölmədə komplektləşdirilərək oxuculara təqdim olunmalıdır. Elmi nailiyyətlərin ümumiləşdirilməsi və yayılması, beynəlxalq elmi əlaqələrin gücləndirilməsi, bölmə əməkdaşlarının yüksək reytinqli elmi jurnallarda məqalələrinin dərc olunması diqqətdə saxlanılmalı, beynəlxalq simpozium, konfrans və seminarlar keçirilməlidir.

“Elm o zaman həqiqi inkişaf mərhələsinə çatır ki, onun nailiyyətləri təhsildə tətbiq olunur”, - deyən Ali Məclisin Sədri bildirib ki, Naxçıvanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, təbiəti, coğrafiyası və digər istiqamətləri barədə nəşr olunmuş kitablar seçilərək təhsil müəssisələrində dərs vəsaiti kimi tövsiyə olunmalıdır. Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə ümumtəhsil məktəblərində elmi dərəcəli əməkdaşlar tərəfindən interaktiv və nümunəvi dərslərin tədrisini davam etdirməli, “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində müxtəlif tədbirlər keçirilməli, rübdə bir dəfə alim və ziyalılarla məktəblilərin görüşü təşkil olunmalıdır.

Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatına verilən tapşırıqların icrasının diqqətdə saxlanılması və aidiyyəti üzrə məlumat verilməsi tapşırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər