Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan Milli Elmlər Akademiyasının bölmə və elmi mərkəzləri hesabat verib

Bakı, 25 yanvar, P.İmanova, AZƏRTAC

Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə baxılıb. Bölmənin elmi müəssisə və təşkilatlarından olan alimlər mühüm elmi nəticələrə dair məlumatları təqdim ediblər.

Sonra Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bölmənin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Bildirilib ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətində dövlət proqramları, AMEA prezidentinin sərəncamları, Rəyasət Heyətinin qərarları əsas götürülüb.

Bölmə institutlarında 18 problemi əhatə edən 91 mövzu üzrə 255 tədqiqat işi 461 mərhələdə aparılıb, həmçinin elmi müəssisələrin əməkdaşları tərəfindən bir sıra multidissiplinar elmi-tədqiqat proqramları icra olunub. Qeyd edilib ki, bölmədənkənar tibb müəssisələrində 31 problem, 140 mövzu, 311 işi əhatə edən tədqiqatlar aparılıb, aqrar elm və təhsil müəssisələrində isə 26 problem, 106 mövzu, 296 iş üzrə tədqiqat işləri davam etdirilib. Bölmənin institutlarında 5, tibb sahəsi üzrə 64, aqrar elm və təhsil müəssisələri üzrə 28 elmi nəticənin tətbiq olunduğu vurğulanıb.

Hesabat ilində 402-si xaricdə, onlardan 143-ü impakt faktorlu jurnallarda olmaqla 885 məqalə, 163-ü xaricdə olmaqla 430 tezis, 3-ü xaricdə olmaqla 17 kitab, 10-u xaricdə olmaqla 19 monoqrafiya, 15 dərslik və dərs vəsaiti çap edilib. İnstitutlar tərəfindən 1-i xaricdə olmaqla 10, tibb sahəsində 5-i xaricdə olmaqla 7, aqrar sahə elmi müəssisələrində 5-i xaricdə olmaqla 36 patent alınıb.

AMEA-nın Rəyasət Heyətinin, bölmənin və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkilatçılığı ilə görkəmli alim, tanınmış ictimai xadim, akademik, Əməkdar elm xadimi Cəlal Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Bildirilib ki, Beynəlxalq Fotosintez Cəmiyyətinin təsis etdiyi “Akademik Cəlal Əliyev adına mükafat” konfransın gedişində Beynəlxalq Fotosintez Cəmiyyətinin katibi, professor Culian İton Ray tərəfindən Yaponiyanın Okayama Universitetinin professoru Şen Jian Renə təqdim edilib.

Qeyd olunub ki, keçən il AMEA Rəyasət Heyətinin qərarı ilə Bölmənin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Cənubi Koreyanın Seul Universiteti ilə müştərək beynəlxalq laboratoriya və akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda immunofiziologiya və eksperimental transplantologiya laboratoriyası yaradılıb.

Bölmə institutlarının əməkdaşlarının 2018-ci ildə müxtəlif respublika və xarici beynəlxalq qrant layihələrində iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və bəzi xarici fondlar tərəfindən maliyyələşdirilən 58 layihə əsasında 32 xarici alimlə birgə tədqiqatlar aparılıb.

Akademik diqqətə çatdırıb ki, elm və təhsilin inteqrasiyası istiqamətində fəaliyyətləri güclənib, hesabat ilində bölmənin institutları ilə respublikanın tədris mərkəzləri arasında əməkdaşlıq davam etdirilib. Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti və başqa ali təhsil müəssisələrinin müvafiq kafedraları ilə əlaqələr genişlənib. 2018-ci ildə doktoranturaya 18, magistraturaya 15 nəfər qəbul olunub, 82 doktorant, 139 dissertant elmi tədqiqatlarını davam etdirib, 14 elmlər və 30 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib, 11 elmlər, 12 fəlsəfə doktorluğu dissertasiyası müdafiəyə hazırlanıb.

İclasda hesabatın təsdiqi və AMEA-nın illik hesabatına əlavə edilməsinə dair qərar qəbul olunub.

Sonra iclasda AMEA Dendrologiya İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi haqqında qərar qəbul edilib.

Tədbirdə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair bu qurumun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlünün hesabat məruzəsi dinlənilib. Məruzədə ötən il Şəki Regional Elmi Mərkəzinin fəaliyyətində Azərbaycan Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, dövlət proqramlarının, AMEA Rəyasət Heyətinin qərarlarının, AMEA rəhbərliyinin sərəncamlarının əsas götürüldüyü vurğulanıb.

Bildirilib ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndəki tapşırıqların icrası üzrə AMEA-nın Tədbirlər Planına uyğun olaraq “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”na dair yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi-tədqiqat işlərinin genişləndirilməsi, baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübənin, yeni üsul və texnologiyaların öyrənilməsi və tətbiqi, mövcud bağlarda bərpa və yenidənqurma işləri aparmaqla tut (çəkil) ağaclarının məhsuldarlığının artırılması istiqamətlərində tədqiqatlar davam etdirilib.

Y.Şükürlü tut ipəkqurdunun yeni yaradılmış, məhsuldar 2 cins və 2 hibridinin Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edildiyini diqqətə çatdırıb.

AMEA-ya məxsus üç hektar təcrübə sahəsində Çindən gətirilmiş 15 min tut tingindən ibarət plantasiya salındığını deyən alim bildirib ki, həmin tinglərdən götürülən qələm materialı əsasında 3 min tut tingi yetişdirilib. Məruzəçi Bolqarıstandan gətirilmiş süni yemlə bəslənən 3 tut ipəkqurdu hibridi və tut yarpağı ilə bəslənən 2 rayonlaşdırılmış cins üzərində müqayisəli tədqiqatların yerinə yetirildiyini əlavə edib.

Mühüm nəticələr haqqında məlumatları diqqətə çatdıran mərkəzin rəhbəri hesabat ilində yeni istiqamətlər üzrə təsdiq edilmiş iş planlarına uyğun olaraq 8 şöbədə 8 mövzu daxilində tədqiqat işlərinin yerinə yetirildiyini deyib. Vurğulayıb ki, hesabat ilində mərkəz əməkdaşlarının 4-ü xaricdə olmaqla 30 məqaləsi, 7-si xaricdə olmaqla 23 tezisi dərc olunub. Alimlərin 16 beynəlxalq konfransda iştirak etdiyini söyləyən Y.Şükürlü xarici, eləcə də impakt faktorlu jurnallarda əsərlər dərc olunduğunu əlavə edib.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyətinin qərarı ilə hesabat təsdiq olunub, alınmış mühüm nəticələr AMEA-nın illik hesabatına daxil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.

Sonra iclasda AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məlumat verilib. Hesabat məruzəsi ilə çıxış edən mərkəzin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyev qurumun ötənilki elmi fəaliyyət istiqamətlərindən söz açıb. Qeyd olunub ki, mərkəzin əməkdaşları Lənkəran-Astara bölgəsinin floristik tərkibinin öyrənilməsi və müxtəlifliyin qiymətləndirilməsi, nadir bitkilərinin bioekoloji və fitosenotik xüsusiyyətləri, Lənkəran–Astara bölgəsi şəraitində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanması, morfoloji bioloji təsərrüfat xüsusiyyətləri, onların məhv olmaq təhlükəsindən qorunması, bərpa edilməsi, müasir seleksiya baxımından qiymətləndirilməsi, yeni sortların seçilməsi və yaradılması istiqamətlərində elmi-tədqiqat işləri aparıblar. Həmçinin Azərbaycanın cənub-şərq regionunun arxeoloji və numizmatik abidələrinin aşkarlanması, onların xəritələrinin tərtibi, numizmatik fondun və muzeyin yaradılması, numizmatik materialların elmi dövriyyəyə daxil edilməsi, kataloqlaşdırılması və digər istiqamətlərdə elmi-tədqiqatlar həyata keçirilib.

Statistik məlumatları diqqətə çatdıran F.Quliyev bildirib ki, ötən il mərkəzdə 3 mövzu əsasında 2 problem üzrə tədqiqatlar aparılıb, 4 iş başa çatdırılıb.

Qeyd edilib ki, çayın klon seleksiyası üzrə uzun illər aparılan tədqiqat işləri nəticəsində toplanılmış 50-dən çox forma – klonun bir sıra morfoloji, bioloji xüsusiyyətləri, yaşıl yarpaq məhsulunun keyfiyyət göstəriciləri “Azərbaycan-2” çay sortu ilə müqayisə edilərək hərtərəfli öyrənilib.

Alim Lənkəran bölgəsində introduksiya olunan və seleksiya yolu ilə yaradılan limon sort-formalarının yeni “Lənkəran Meyeri” – ağçiçək sortunun alınmasında, naringi sort-formalarının isə qiymətli ilkin material kimi yeni naringi “Karlik tezyetişən” sortunun yaradılmasında istifadə edildiyini diqqətə çatdırıb. Bildirilib ki, yeni sortlar Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib.

Məruzəçi Lənkəran-Astara bölgəsində yabanı floranın və mədəni bitki ehtiyatlarının biomüxtəlifliyinin qiymətləndirilməsi istiqamətində tədqiqatlar aparıldığını və genefondun qorunması üçün təkliflər hazırlanmasını diqqətə çatdırıb.

Hesabat ilində Lənkəran və Lerik rayonu ərazilərində arxeoloji tədqiqatların davam etdirildiyini deyən F.Quliyev yeni abidələrin aşkar olunduğunu söyləyib. Vurğulayıb ki, mərkəzin arxeologiya şöbəsinin nəzdində təşkil olunan arxeoloji fonda daxil edilən tapıntıların bir hissəsi xüsusi ekspozisiyada nümayiş olunur. Cənub-şərq regionunda tapılan, eramızdan əvvəl I əsrdən başlayaraq eramızın XVIII əsrinin sonuna qədərki dövrə aid sikkələrin topoqrafik, tərkib özəllikləri və təyinatları verilərək, elmi dövriyyəyə daxil edilib, sikkə tapıntıları əsasında regionun siyasi və ictimai-iqtisadi durumu şərh olunub.

F.Quliyev bildirib ki, mərkəzin əməkdaşları “Biomüxtəliflik proqramı” çərçivəsində Almaniyanın Bavariya meşələrində praktiki treninqlərdə iştirak ediblər. İranın bir sıra elmi müəssisələri, o cümlədən Əkinçilik Nazirliyinin Gilan vilayətinin Cihad Kənd Təsərrüfatı və Əkinçilik İdarəsi, Əkinçilik Tədqiqat Mərkəzi, Çay Tədqiqat İnstitutu ilə birgə əməkdaşlığa dair müzakirələr aparılıb.

Məruzəyə dair fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb. Hesabatın təsdiq olunması, statistik məlumatların AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb, aidiyyəti üzrə tapşırıqlar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb