ELM VƏ TƏHSİL


Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları pulsuz tibbi müayinə olunublar

Bakı, 3 aprel, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə bu qurumun əməkdaşlarının pulsuz tibbi müayinəsi keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, AHİ-nin sədri, professor Habil Qurbanov aksiyanın iki gün davam edəcəyini söyləyib. O qeyd edib ki, başda əmək veteranları olmaqla, AMEA-nın üç minə yaxın əməkdaşı tibbi müayinədən keçəcəklər.

H.Qurbanov növbəti həftələrdə AMEA əməkdaşları üçün pulsuz göz müayinəsinin də keçiriləcəyini və bu cür aksiyaların il ərzində mütəmadi təşkil olunacağını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.