ELM VƏ TƏHSİL


Azərbaycan Milli Elmlər Akademiyasının magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyənlərin nəzərinə!

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən və cari ildə müvafiq proqramlar üzrə magistraturaya qəbul imtahanında minimal tələbləri ödəyən bakalavrlar iyunun 7-dən 10-dək Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında qeydiyyatdan keçməlidirlər. Onlar, həmçinin iyunun 12-dən 14-dək AMEA-da təşkil olunacaq müsahibədə müvəffəqiyyət qazanmalıdırlar.

DİM-dən AZƏRTAC-a bildirilib ki, AMEA-nın magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır və təhsilalma forması əyanidir. Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.

AMEA-nın magistraturasına qəbul aparılan ixtisaslaşmalar və müsabiqə şərtləri haqqında məlumat “Magistr” jurnalının dördüncü nömrəsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.